Naxçıvan Dövlət Universitetində Süni intellekt:Nəzəriyyədən praktikaya beynəlxalq elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində Süni intellekt:Nəzəriyyədən praktikaya beynəlxalq elmi konfransı keçirilib Konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib.

Üz-üzə və onlayn keçirilən konfransın açılış tədbiri baş tutub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Rusiyanın "Cənub" Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistanın nüfuzlu elm adamlarının və İBM-in Çexiya və Slovakiya üzrə nümayəndəsinin iştirakı ilə baş tutan konfransı müsbət qiymətləndirib və konfransın işinə uğurlar azru edib. Qeyd olunub ki, universitetin strateji hədəfləri çərçivəsində Texnologiyalar Parkının qurulmasında süni intellektlə bağlı araşdırmaların aparılıması nəzərədə tutulub. Bu da müəllimlər və gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, ali təhsil ocağında bu istiqamətdə müvafiq ixtisaslar açılıb ki, bununla bağlı proqram təminatları hazırlanıb. Vurğulanıb ki, bu sahə üzrə dünyanın ixtisaslaşmış universitetlərinin təcrübəsindən geniş istifadə olunur. Bu da universitetin gələcək strateji inkişaf planı üçün xüsusi əhəmiyyətə malikdir. Universitetdə bütün ixtisaslarda süni intellektin imkanlarından istifadə edildiyini vurğulayan rektor süni intelleklə bağlı müvafiq fənnlərin tədrisi və aparılan araşdırmaların əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, konfransın hər il davamlı olaraq dünyanın müxtəlif qabaqcıl tədqiqat müəssisələri və universitet əməkdaşlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulub

“Cənub” Universitetinin rektoru, professor İmran Əkbərov bildirilib ki, hazırda təhsil, elm, səhiyyə, iqtisadiyyat, media, incəsənət və digər sahələrdə süni intellekt əsaslı tətbiqlər sürətlə genişlənir. Qeyd olunub ki, universitetlərdə data elmi, süni intellekt fokuslu proqramların artması bu sahəyə diqqəti daha da artırır.

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli bulanıq məntiq nəzəriyyəsi, süni intellektin üstünlükləri və yarada biləcəyi təhlükələr, süni intellekt vasitəsilə kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellektin istehsal sənayesində tətbiqi, süni intellektin etik və sosial təsirləri və bir çox önəmli məqamlar konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitunun direktoru Fikrət Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, Özbəkistanın Buxara Texnoloji İnstitunun alimləri-Uluqbek Muradiloeviç, Nizamov Aslitdin Badreddinoviç, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin professoru Ahmet Ocak, Düzce Universitetinin dosenti Serdar Biroğul, Naxçıvan Dövlət Universitetinin professoru Cavanşir Zeynalov çıxışlarında süni intellektin cəmiyyətin bütün təbəqələrini əhatə edən qlobal bir inqilabın mərkəzinə çevrildiyini qeyd edərək süni intellektin nəzəri əsaslarından və praktik tətbiqləri haqqında ətraflı məlumat veriblər.

Sonra konfrans elmi bölmələrdə panel müzakirələrlə intellektual robot və mexatron sistemlər, süni intellekt idarəetməsinə insan mərkəzli yanaşma: diskret düşüncədən rəqəmsal şüura, rəqəmsal idarəetmədə süni intellekt, riyazi statistika və data elmi, təhsil, tibb və texnologiyada intellektual informasiya sistemlərinin təşkili və tətbiqi məsələləri, süni intellektin psixoloji və fəlsəfi-metodoloji aspektləri mövzularında maraqlı elmi məqalə və tezislərlə işini davam etdirib.

2 gün davam edən konfransın bağlaşın tədbirində iştirakçılar sertifikatla təltif ediliblər.

Qeyd edək ki, konfrasa gələn yerli və xarici qonaqların muxtar respublikanın tarixi və turistik məkanlarına gəzintiləri də təşkil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər