
İqtisadçı Natiq Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, sosial büdcənin artım tempinə baxılsa, faiz nisbətində də o qədər böyük artım gözlənilmir.
“Bu isə onu göstərir ki, təqaüdlərdə və maaşlarda da kəskin artım olacağını gözləmək əbəsdir. Düşüncəm və rəqəmlərin göstərdiyi yön budur ki, 2025-ci ilin əvvəlindən pensiya və maaşlarda, təqribən, 10% civarında artım gözləyə bilərik. İndiki büdcə rəqəmləri ilə daha böyük artım o qədər də aydın görünmür”, – ekspert bildirib.
Tehsil-press.az