Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi

Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının rəhbəri Aleksi Koler ölkənin yeni hökumətinin təsdiq edilmiş tərkibini açıqlayıb.

Bu barədə BFMTV kanalı məlumat yayı .

Demokratik Hərəkat Partiyasının Avropa məsələləri üzrə keçmiş naziri Jan-Noel Barrot xarici işlər naziri olub. Sebastien Lecornu Fransa Silahlı Qüvvələr və Veteranların İşləri üzrə Nazir, Raşid Dati isə Mədəniyyət Naziri vəzifəsində saxlanılıb.

Respublikaçılar Partiyasının Senatdakı fraksiyasının rəhbəri Bruno Retayo Daxili İşlər Nazirliyinin rəhbəri postunu tutacaq. Fransa Silahlı Qüvvələr Nazirliyinin keçmiş dövlət katibi Geneviève Dariessec səhiyyə naziri olub.

İctimai Həyatda Şəffaflıq üzrə Ali Komitənin rəhbəri Didye Miqot ədliyyə naziri təyin edilib.

Milli Assambleyanın iqtisadi məsələlər komitəsinin keçmiş sədri Antuan Armand iqtisadiyyat, maliyyə və sənaye naziri vəzifəsini icra edəcək.

Bundan əvvəl yeni baş nazir Mişel Barnier ölkə prezidenti Emmanuel Makrona yeni Nazirlər Kabinetinin tərkibi ilə bağlı yekun təklif göndərib.

Tehsil-press.az

Oxşar xəbərlər