Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü

Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu səbəbdən də maşinist qapıya baxış keçirib".

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi əlavə edib ki, tələblərə uyğun olaraq sərnişinlər düşürülüb və qatar elektrik deposuna yola salınıb: "Əvəzində ehtiyat qatar verilib. Bunun nəticəsində xəttə iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yuvanma qeydə alınıb./BAKU.WS

Tehsil-press.az

Oxşar xəbərlər