Sənədsiz evlərə “kupça” verilir - DƏQİQ VAXT BİLİNDİ

Sənədsiz evlərə “kupça” verilir - DƏQİQ VAXT BİLİNDİ Ölkədə illərdir davam edən aktual problemlərdən biri də daşınmaz əmlakların statusu məsələsidir. Rəsmi rəqəmlərə görə, hazırda Bakıda və Abşeron rayonu ərazisində 400 minədək çıxarışsız ev mövcuddur.

Bu evlərin faktiki sayı 600-700 min civarındadır. “Kupçasız” evlərin böyük əksəriyyəti sovet dövründə əkin təsərrüfatı məqsədi ilə istifadə olunan və qeyri-tikinti təyinatları torpaqların üzərində tikilib. Bir qismi isə bələdiyyələrin balasında olan ərazilərdədir.

Yenisabah.az hazırda bu məsələ ilə bağlı görülən işləri və gözləntiləri araşdırıb. Hazırda Bakı və böyük şəhərlərdə qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Lakin sənədsiz əmlakların qeydiyyata alınması mərhələli formada reallaşdırıla bilər. vakansiyalar

Amnistiyanın ilk öncə torpaq sənədi qaydasında olan və ya ən azından, ərazinin təyinat statusuna dair sərancama malik evləri əhatə edəcəyi gözlənilir. Qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə isə amnistiya şamil edilməyəcək.

Digər tərəfdən, əkin təyinatlı torpaqlarda kütləvi formada məskunlaşma varsa və həmin ərazidə əmlakların tikintisi uzun müddət öncə aparılıbsa, sözügedən evlərdə yaşayan vətəndaşların müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat aparıldığı andan torpağın təyinatı dəyişdirə bilər. Lakin bu heç də hər təsərrüfat təyinatlı torpağa şamil olunmur. Yay və qış otlaqları, örüş və biçənək sahələri bu mövzuda istisna təşkil edir.

Ekspertlərin fikrincə, növbəti ilin əvvəlindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yaradılan qeydiyyat portalı tam aktivləşdiriləcək. Vətəndaşlar əmlaklarına dair əllərində olan sənədləri portala təqdim etməklə, çıxarış əldə edə biləcəklər. Ancaq paytaxt ərazisində olan sənədsiz evlərin sayını və əhatə dairəsini nəzərə alsaq, prosesin nə vaxt yekunlaşacağını söyləmək çətindir.

Tehsil-press.az

Oxşar xəbərlər