Sovetlər hakimiyyətdə möhkəmləndikcə rəsmi təbliğatında qolçomaqlarla mübarizədə "düzgünlüyün və prinsipiallığın" gənc simvollarını yaratmağa çalışırdılar. Moskvadan hər yerə təlimat getmişdi ki, yaşından asılı olmayaraq, hər kəs yeni hakimiyyətə qarşı çıxışlar edənlər, nəsə gizlətməyə çalışanlar və ümummiyyətlə gizlin nəsə iş görənlər barədə dərhal yerli orqanlara xəbər versinlər.
Milli.Az bildirir ki, bu barədə Zaur Əliyev yazıb.
Təlimatlar kifayət etmirdi və onlara bir örnək lazım idi. Bu şəxs isə Pavlik Morozov adlı yeniyetmə seçildi.
Pavlik Morozov Sovet dövrünün məşhur, "nümunəvi" pionerləri kimi sonrakı nəsillərə örnək oldu. Onun Sovetlərə daxil olan coğrafiyada "əqidəli", əsl sovet vətəndaşı olduğu şüurlara yeridilirdi. Burada əsl məqsəd insanların hətta kiçik yaşlarından beynini yumaq idi. İnsanlar bundan ötrü hətta öz doğmalarından da vaz keçməli idilər. Bu, sovet təbliğatına görə nümunəvi vətəndaş obrazı idi. Sovetlər pionerləri sosializm quruculuğuna yad olan atalarına, qohum-əqrəbalarına qarşı qaldırırdı və onların ilk qurbanlarından biri də Pavlik Morozov oldu. Sovet dövründəki rəsmi iddiaya görə, atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyi üçün babası və əmisi tərəfindən qətlə yetirilmişdi. Bu 14 yaşlı yeniyetmə barədə elə güclü bir təbliğat qurdular ki, Sovetlərə daxil olan hər yerdə pionerlər nəinki ətrafda baş verənləri, hətta öz ailələri barədə yerli güc strukturlarına mütəmadi xəbər verirdilər.
Bu isə ağır nəticələr verirdi. Təkcə 1930-1935-ci illər ərzində özlərini Pavlik hesab edən pioner uşaqlardan 56-sı xəbərçi kimi ailələri tərəfindən qətlə yetirilmişdi. Çox təəssüf ki, bu siyahıda Azərbaycandan da üç pionerin adı var.
Əhməd Bəsirzadə adlı pioner kolxozda çörək gizlədən şəxsləri görüb xəbər verməyə qaçdığı zaman arxadan qohumları tərəfindən güllə ilə vurularaq öldürülür.
12 yaşlı Adil İslamov kolxozda Sovet hakimiyyətinin əleyhinə danışan insanları görüb onları milisə xəbər vermək üçün gedəndə güllələnir.
Lətifə Süleymanova kolxozda pay bölgüsü zamanı artıq payın götürülüməsini görüb etiraz etmək üçün milisə gedəndə kürəyindən bıçaq zərbəsi alaraq qətlə yetirilir.
Hələ bu, rəsmi qeydə alınanlar idi. Uşaq yaşlarından insanları xəbərçi kimi yetişdirən Sovet hakimiyyəti neçə ailəni qatilə çevirmişdi.
Tehsil-press.az