Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində ixtisaslar sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada müəyyən edilirdi. Həm də hər bir universitet ancaq planla nəzərdə tutulmuş ixtisaslar üzrə mütəxəssis hazırlamalı idi. Artıq sovet planlarının ləğv edildiyinə və bu istiqamətdə hər şeyin köklü dəyişdiyinə baxmayaraq ixtisaslar hələ də mərkəzləşdirilmiş qaydada müəyyən edilir. Nəticədə real sektorun tələbləri universitetlər tərəfindən qarşılana bilmir.
Tehsil-press.az