Oktyabrın 1-də Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) rəhbərliyi və Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) nümayəndə heyəti arasında görüş olub. Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, IICA-nın rəqəmsal platforması olan Aqro-ərzaq Sistemləri üzrə Dövlət Siyasəti Observatoriyasının (OPSAa) koordinatoru Hoakin Arias, iqtisadiyyat üzrə mütəxəssisi Evgeniya Salazar, IICA-nın xarici və institusional əlaqələr direktoru Beverly Best və IICA-nın ABŞ-dakı nümayəndəsi Marqaret Zieqler iştirak edib.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov görüş iştirakçılarını salamlayaraq Azərbaycanda kənd təsərrüfatı sektoruna göstərilən dövlət dəstəyi barədə qısa məlumat verib. Bildirib ki, ölkədə kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Digər tərəfdən, kənd təsərrüfatı istehsalçıları subsidiya alırlar, aqrar kreditlərdən, dövlət dəstəyi mexanizmli aqrar sığorta sistemindən, vergi və gömrük güzəştlərindən yararlanırlar.
OPSAa-nın tədqiqat sahəsində kifayət qədər böyük işlər gördüyünə, kənd təsərrüfatı və dövlət siyasəti sahəsində geniş təcrübəyə malik olduğuna diqqət çəkən direktor gələcəkdə iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin mümkünlüyünü qeyd edib, OPSAa-nın Amerika qitəsindən kənarda araşdırma, təhlil, siyasi çərçivələrin xəritələşdirilməsi və siyasət alətlərinin hazırlanması təcrübəsinin olub-olmaması ilə maraqlanıb.
Sonra OPSAa-nın koordinatoru Hoakin Arias təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, OPSAa Amerika qitəsində kənd təsərrüfatı və aqro-ərzaq sistemləri, bu sahədə dövlət siyasəti sahəsində qarşılıqlı əlaqələr, bilik, təcrübə və məlumat mübadiləsini təmin edən platformadır. OPSAa-nın şəbəkələrin qurulması, dövlət siyasətinin sistemləşdirilməsi, dialoq və şəbəkə üçün analiz vasitələri, məlumat bazaları və məlumatların emalı, onlayn platformaların yaradılması, tematik siyasət sahələri, siyasi çərçivələrin və dövlət xərclərinin xəritələşdirilməsi, faktiki məlumatların ümumiləşdirilməsi üçün xəritələrin hazırlanması sahəsində geniş təcrübəyə malik olduğunu deyən H. Arias hazırda qida təhlükəsizliyi və dayanıqlı inkişaf üçün bir sıra ölkələrlə əməkdaşlıq etdiklərini vurğulayıb.
OPSAa-nın koordinatoru daha sonra Observatoriyanın fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.
Sonra görüşdə ATM-in direktor müavini Namiq Şalbuzov çıxış edib. O, OPSAa-nın müxtəlif tərəflərin görüşdüyü və birlikdə siyasət sənədləri hazırladığı platforma kimi çıxış etməsinə diqqət çəkərək bunun təqdirəlayiq olduğunu, bu təcrübədən faydalanmağın vacibliyini vurğulayıb.
IICA-nın ABŞ-dakı nümayəndəsi Marqaret Zieqler bildirib ki, özünün də təmsil olunacağı böyük bir komanda bu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasında (COP29) iştirak edəcək. IICA Sessiya çərçivəsində Bakıda dayanıqlı kənd təsərrüfatı və aqro-ərzaq sistemləri ilə bağlı da bir sıra görüşlər keçirməyi nəzərdə tutur.
Daha sonra IICA-nın xarici və institusional əlaqələr direktoru Beverly Best söz alaraq potensial əməkdaşlıq barədə fikirlərini bölüşüb. Çıxışının sonunda isə əməkdaşlığın rəsmiləşdirilməsi üçün ATM və IICA arasında nəzərdə tutulan Anlaşma Memorandumunun COP29 günlərində imzalanmasını təklif edib.
Görüşün yekununda Rəşad Hüseynov da COP29-da iştirak fürsətindən yararlanaraq hər iki qurumun nümayəndələrinin görüşünün keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanda görüşməyi və əlaqələrin genişləndirilməsi, koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib.
Tehsil-press.az