Milli Məclisin sabiq deputatı İqbal Məmmədov son 15 gündə "Kaspi Yıldız" şirkətinə görə dövlətə olan milyonlarla borcunu ödəyib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, illərdir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10 milyon manata yaxın borcu olan İqbal Məmmədov parlament seçkilərindən sonra 8 milyon 123 min 438 manat 13 qəpik ödəyib.
Əldə etdiyimiz məlumata görə, sabiq deputata məxsus "Kaspi Yıldız" şirkətində külli miqdarda vergidən yayınma halları qeydə alınıb.
İqbal Məmmədov deputat seçilmədiyinə görə, cinayət məsuliyyətindən azad edilməsi üçün 9 milyon 393 min 819 manat 13 qəpik vergi borcunun böyük hissəsini ödəməli olub.
Hazırda deputata məxsus olan şirkətin 1 milyon 270 min 381 manat 90 qəpik vergi borcu qalmır. O, bu ilin sonuna qədər sözügedən borcu də ödəyəcəyinə söz verib.
Qeyd edək ki, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus olan "Relax" İstirahət Mərkəzinin əl dəyişdirəcəyi iddia edilir.
Tehsil-press.az