Öz ailəsinin qatili kimi ittiham olunan Əhməd Əhmədovun məhkəmə araşdırması üç ay sonra qaldığı yerdən davam edir.
"Qafqazinfo”nun məlumatına görə, ətrafdakılar üçün təhlükəli hesab olunan Əhməd saxlanıldığı xüsusi xəstəxanadan polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Məlumat üçün bildirək ki, hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib və jurnalistlər zala buraxılmayıb.
Qısa olaraq xatırlatma edək ki, əvvəlki baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən onun cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsi tövsiyə edilir.
Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.
Bugünkü iclasda sədrlik edən hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin həbsindən bir neçə gün sonra müstəntiqə verdiyi ifadəsini elan edib.
Əhməd həmin ifadəsində etiraf edib ki, mütəmadi olaraq ailəsinə problemlər yaratdığı üçün illər əvvəl ona əlavə ev alıblar. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. Bundan əlavə o iddia edib ki, sanki içindən gələn səslərdə ona "ailəni öldürməlisən” deyilirmiş. Müstəntiqin "yaxşı, bəs, azyaşlı qardaşını və bacının qızını niyə öldürdün”, - sualına isə Əhməd "böyüyüb valideynlərinə oxşayacaqlarını düşündüyüm üçün…”, - cavabını verib.
O, cinayətin yeganə şahidinin qonşuluqda yaşayan adını bilmədiyi qadın olduğunu deyib.
Ümumilikdə təqsirləndirilən şəxsin indi elan olunan ifadəsində dediklərini ibtidai istintaq bitən kimi saytımızda dərc etmişdik. Bu səbəbdən bütövlükdə təkrar təqdim etmirik.
Maraqlı olan Əhmədin hələ hadisənin təsirindən tam çıxmamış verdiyi ifadəsini eşitdikdən sonra nə deyəcəyidir. Ümumiyyətlə nə isə deməyə sözü varmı? Bunu iclasın davamında biləcəyik. Məhkəmə salonundan birbaşa informasiya axınımızı davam etdiririk.
Qeyd edək ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yaddaşlara həkk olunub. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyi ilə anlaqlı olduğu təsdiq edilsəydi, cəzası ömürlük həbs olmalı idi.
Proses oktyabrın 10-u hüquqi varislərin ifadəsi ilə davam edəcək.
Tehsil-press.az