Rövşən Nəcəf narazılar ordusu yaradır – Elxan Məmmədovdan qalan mirasla…

Rövşən Nəcəf narazılar ordusu yaradır – Elxan Məmmədovdan qalan mirasla… Rövşən Nəcəfə əhsən! AFFA prezidenti bu postu tutduğu gündən bəri milli komandalarımız darmadağın olmaqda davam edir.

Aprelin 2-də futbol təsərrüfatımızdakı məlum dəyişiklikdən bəri ötən 195 gün ərzində yığmalarımız 51 oyuna 146 top buraxmağı bacarıb. Bu müddətdə cəmi 27 qol vuran futbolçularımız 38 dəfə məğlub olmağa imkan tapıb. Cəmi 3 qələbə, 10 heç-heçə – yenilərin qismən sevinə biləcəyi nəticələr bunlardır.

Əsas milli komanda kimi aşağı yaş qrupundan olan yığmalar da uğursuzursa, deməli, Nəcəfin dəstəsinə keçmişdən çox bərbad miras qalıb. Elxan Məmmədovun dəstəsi 16 il ərzində Azərbaycan futbolunun anasını ağladıb, yeni nəsil yetişdirilməyib və ən azı 5-10 il ciddi nəticə gözləməməliyik.

AFFA-nın yeni rəhbərliyi nəticə çıxarıb gücünü aşağı yaş qruplarına, uşaq futboluna verməlidir. Amma bünövrəyə yönəldilməli olan milyonlar əsas millinin baş məşqçisi Fernandu Santuşun cibinə köçürülür. Bu, sınıq-sökük daxmaya qızıldan dam ucaltmağa bənzəyir.

Hörmətli AFFA rəhbərliyi, özünüzü balaca “bəbəşlər” kimi aparmayın, əlinizi saqqalınıza çəkin, müdrikləşin. Belə davam edə bilməz. Düzgün strategiya seçilmədikcə faciələr sıralanacaq. Pul ödəyib nicat umduğunuz əcnəbilərin strategiyasını gözləməyə dəyməz, elə bu gündən bünövrənin qurulmasına, sabahın xilası üçün əməli fəaliyyətə başlayın. Futbolu oynayanlar tapılmayınca, yetişdirilməyincə yuxarıda nə hoqqadan çıxırsızsa, xeyri yoxdur, nəticə dəyişməyəcək.

Elxan Məmmədov illərdir Azərbaycan futbolunun bünövrəsinə dinamit döşəyib. Öncə minalanmış əraziləri təmizləyin, sonra ora fidanlar əkin, qulluq edin və bar verməsini gözləyin. Başqa çıxış yolu yoxdur. Həm də işi elə qurun ki, saxta yox, sağlam nəsil yetişdirin. AFFA-nın köhnə rəhbərliyi də saxta statistika ilə Azərbaycan futbol ailəsinin üzvlərinin sayını az qala yarım milyona çıxarmışdı, amma əsas millidə oynamağa düz-əməlli 15-20 futbolçu tapılmır.

elxan rv.n 1024x683 1 - Futbolinfo.az
Aşağıda təqdim etdiyimiz statistikaya görə Rövşən Nəcəfi qınamaz, hər şeyin günahkarının Rövnəq Abdullayev – Elxan Məmmədov duetinin olduğunu vurğulayardıq. Bir şərtlə ki, yeni AFFA prezidenti işə doğru yanaşma ilə başlayardı. Amma Nəcəf də fəaliyyətə əcnəbilərə qucaq açmaqla, dövlətin milyonlarını onlara dağıtmaqla start verdi. Sabiqlərin səhvlərini yamsılayan yeni prezident uzun illər milli komandaya cavabdeh olan Elşad Nəsirovun məsləhətlərin dinləməyə davam etdikcə öz sonunu hazırlayır.

Maks Ferstappeni “07”-nin sükanı arxasına əyləşdirməklə finişə çatmaq olmaz. Hörmətli Rövşən bəy, hörmətli İcraiyyə Komitəsi üzvləri bunu anlasa, ona uyğun davransa, işin yarısı görüləcək, sabaha ümid yaranacaq. Əks halda, bu məğlubiyyətlər hamının səbr kasasını daşıracaq. İdman həm də kütləni əyləndirmək, onların emosiyalarını cilovlamaq vasitəsdir. Nəcəf isə sanki ölkədə narazılar ordusu yaratmaqda, etirazları körükləməkdə maraqlıdır.

Nəcəfin AFFA prezidenti olduğu 6,5 aylıq müddətdə milli komandalarımızın nəticələri:

A milli: 1 qələbə, 5 məğlubiyyət, top fərqi – 7:16

Albaniya – Azərbaycan 3:1

Azərbaycan – Qazaxıstan 3:2

Azərbaycan – İsveç 1:3

Slovakiya – Azərbaycan 2:0

Estoniya – Azərbaycan 3:1

Azərbaycan – Slovakiya 1:3

U-21: 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 2:19

Slovakiya – Azərbaycan 3:2

Azərbaycan – Bolqarıstan 0:0

Lüksemburq – Azərbaycan 2:0

Azərbaycan – Serbiya 0:2

Şimali İrlandiya – Azərbaycan 5:0

İngiltərə – Azərbaycan 7:0

U-19: 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 5:21

Azərbaycan – Qazaxıstan 2:0

Azərbaycan – Türkiyə (U-20) 0:5

Moldova – Azərbaycan 1:1

Şotlandiya – Azərbaycan 2:0

Niderland – Azərbaycan 3:0

Uels – Azərbaycan 3:0

Belarus – Azərbaycan 6:1

Belarus – Azərbaycan 1:1

U-17: 4 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 4:17

Belarus – Azərbaycan 4:0

Özbəkistan – Azərbaycan 2:0

Tacikistan – Azərbaycan 2:2 (penaltilərlə 1:3)

Albaniya – Azərbaycan 1:1

Albaniya – Azərbaycan 4:1

Türkiyə – Azərbaycan 4:0

Türkiyə – Azərbaycan 0:0

Avstraliya – Azərbaycan 0:0

U-16: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 0:9

Türkmənistan – Azərbaycan 3:0

Türkiyə – Azərbaycan 6:0

Qırğızıstan – Azərbaycan 0:0 (penaltilərlə 4:2)

U-15: 3 məğlubiyyət, top fərqi – 2:7

Belarus – Azərbaycan 2:1

Rusiya – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:0

Qadın yığması: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 2:14

Macarıstan – Azərbaycan 1:1

Azərbaycan – İsveçrə 0:4

Türkiyə – Azərbaycan 1:0

Azərbaycan – Türkiyə 1:0

Azərbaycan – Macarıstan 0:5

İsveçrə – Azərbaycan 3:0

U-19, qadınlar: 3 məğlubiyyət, top fərqi – 0:9

Monteneqro – Azərbaycan 4:0

Bolqarıstan – Azərbaycan 1:0

Latviya – Azərbaycan 4:0

U-17, qadınlar: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 3:15

Belarus – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:2 (penaltilərlə 4:1)

Türkiyə – Azərbaycan 4:0

Gürcüstan – Azərbaycan 4:0

Gürcüstan – Azərbaycan 2:0

U-15, qadınlar: 3 məğlubiyyət, top fərqi – 2:19

Belarus – Azərbaycan 8:1

Özbəkistan – Azərbaycan 2:1

Rusiya – Azərbaycan 9:0

Cəmi: 51 oyun, 3 qələbə, 10 heç-heçə, 38 məğlubiyyət, top fərqi – 27:146.

Tehsil-press.az

Oxşar xəbərlər