AFFA-nın yeni prezidenti o olacaq

AFFA-nın yeni prezidenti o olacaq AFFA-nın rəsmi saytı prezident vəzifəsinə namizədləri açıqlayıb.

2024-cü il aprelin 2-də keçiriləcək seçkiyə cəmi bir namizəd var: Rövşən Nəcəf namizədliyini irəli sürüb.

Qeyd edək ki, Rövşən Nəcəf hazırda "Neftçi" klubunun prezidentidir.

AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər isə aşağıdakılardır:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova Rzazadə – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Tehsil-press.az

Oxşar xəbərlər