Şahmat üzrə İddiaçılar Turnirinin sonuncu turu keçirilib.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda Rusiya təmsilçisi Vladimir Kramnik ilə görüşüb. Oyun heç-heçə başa çatıb.
Bu görüşdən sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.
14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə qərarlaşıb.
Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilib. Turnirin mukafat fondu 420 min avro təşkil edir.
Tehsil-press.az