Azərbaycan nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edib
İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı da iştirak ediblər.
Konfrans çərçivəsində əvvəlcə "15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü və "Pekin+30" regional baxış görüşü çərçivəsində Azərbaycanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə "Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması" mövzusunda yan tədbir keçirilib. Tədbirin moderatoru - BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.
Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini xanım İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti və onlar üçün yaradılan imkanlardan danışıb. Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edən İlhamə Qədimova bildirib ki, Azərbaycan qadınları iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatında fəal iştirak edirlər. Son illərdə kənd təsərrüfatında rəqəmsallaşmanın səviyyəsinin artdığını deyən İlhamə Qədimova rəqəmsal texnologiyalardan istifadənin bu sektorda çalışan qadınların məşğulluq səviyyəsinə və gəlirlərinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Azərbaycan hökuməti rəqəmsal savadlılığın təşviqi, rəqəmsal alətlərə çıxışın təmin edilməsi və qadınların rəhbərlik etdiyi kənd təsərrüfatı müəssisələrinin dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslərə start verib. İlhamə Qədimova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, rəqəmsal alətlər və platformalar aqrar sahədə məhsuldarlığı artırmağa, təchizat zəncirinin səmərəliliyini yaxşılaşdırmağa və fermerlərimizin yeni bazarlara çıxışına imkan verir. Nazir müavini əlavə edib ki, qadınların rəqəmsal iqtisadiyyatda fəal iştirakı və rəqəmsal resursların yaratdığı çoxsaylı üstünlüklərdən faydalanması üçün ardıcıl tədbirlər həyata keçirilir.
“AZORGANİK” kənd təsərrüfatı istehsalı və istehlakı kooperativinin təmsilçisi Aliyə Səfərova öz çıxışında kooperativin fəaliyyətində qadın sahibkarların da xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi və səlahiyyətlərinin genişləndirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır.
BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Baure qadın sahibkarlar üçün bərabər imkanların yaradılmasının iqtisadiyyatın inkişafı üçün də önəmli olduğunu vurğulayıb. O, Azərbaycanın qadınların iqtisadiyyatda iştiraklarının artırılması və onlar üçün bərabər imkanların yaradılması istiqamətində atdığı addımların əhəmiyyətini xüsusi vurğulayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Cenevrədəki nümayəndəlik ofisinin təmsilçisi Anna Ricoy isə bildirib ki, Azərbaycanın nümunəsində də göründüyü kimi, qadınlar təkcə kənd təsərrüfatının inkişafında mühüm rol oynamır, bütövlükdə ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd təsərrüfatı sisteminin transformasiyasında fəal çıxış edirlər. O, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində yeniliklərin tətbiqində qadınların rolunu yüksək qiymətləndirib.
Azərbaycan nümayəndə heyəti "Pekin+30" Regional Baxış Görüşünün açılış mərasimində və tədbir çərçivəsində təşkil olunan panel sessiyalarda fəal iştirak edib. Tədbir çərçivəsində Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması – WEP ” layihələri təlim və texniki dəstək alan fermer qadınlar və qadın kooperativlərinin məhsulları sərgilənib.
Tehsil-press.az