"Az duş qəbul edin!" - SOS

Nyu-York meri Erik Adams quru oktyabrdan sonra quraqlıq elan etdi və sakinləri suya qənaət etməyə çağırdı.

Bu barədə "ABC News" xəbər verir.

"Nyu-York meri sakinləri daha az duş qəbul etməyə, sızan kranları düzəltməyə və suya qənaət etməyə çağırıb", - nəşr yazır.

Bundan əlavə, Adams insanlardan dişlərini fırçalayarkən kranları bağlamağı və səkiləri sulamaq əvəzinə süpürməyi xahiş edib. Mer həmçinin bütün şəhər qurumlarına su ehtiyatı planlarını həyata keçirməyə hazırlaşmağı tapşırıb.

Tehsil-press.az

Oxşar xəbərlər