Gürcüstanın keçmiş baş naziri mer postuna namizəd oldu

Gürcüstanın keçmiş baş naziri mer postuna namizəd oldu Gürcüstanın keçmiş baş naziri və “Gürcüstan naminə” partiyasının lideri Georgi Qaxariya Tbilisi meri postu uğrunda mübarizə aparacaq.
Bu barədə o, namizədlərin təqdimetmə mərasimində bildirib. “Bundan sonra “Gürcü arzusu” mənimlə maraqlanacaq. Bu gündən Tbilisi meri postu uğrunda mübarizəyə qoşulduğumu elan edirəm”, - deyə Qaxariya bildirib.
Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 2-də keçiriləcək. 64 şəhər və rayonun sakinləri mer və deputatları seçəcəklər. Qaxariya Tbilisi meri postu uğrunda hazırkı mer Kaha Kalazde (“gürcü arzusu”), müxalif partiyadan Niko Meliya, “Lelo Gürcüstan üçün” partiyasından Anna Bibilaşvili, “Xalq üçün” partiyasından Anna Dolidze və digər namizədlərlə mübarizə aparacaq. Qələbə üçün seçicilərin azı 50% səsini toplamaq lazımdır.

Tehsil-press.az



Oxşar xəbərlər