Bu ölkə COP29-da iştirakdan imtina etdi - "Müzakirələr mənasızdır"

Bu ölkə COP29-da iştirakdan imtina etdi - Papua-Yeni Qvineya Bakıda keçiriləcək COP29-da iştirakdan imtina edib.

Buna səbəb ölkə rəhbərliyinin problemin müzakirəsini mənasız hesab etməsidir.

Bildirilib ki, əvvəlki görüşlər heç bir nəticə verməyib.

Hələ yayda ada dövlətinin baş naziri Ceyms Marape yüksək səviyyəli müzakirələrdə iştirak etməyəcəyini açıqlamışdı.

İndi isə XİN rəhbəri bu sammitdə iştirakın vaxt itkisi olacağını vurğulayıb:

“Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin yumşaldılmasında mühüm rol oynayan bizim kimi ölkələrə tamamilə hörmət etmədiyini nümayiş etdirdi. Biz arxa plana düşməkdən yorulmuşuq”.

Xatırladaq ki, Sammit noyabrın 11-də öz işinə başlayacaq./konkret.az/

Tehsil-press.az


Oxşar xəbərlər