Qərbi Avropanın ən iri neft hasilatçısı olan Norveç OPEK-in 28-29 oktyabr tarixlərində neft bazarının sabitləşdirilməsinə dair Vyanada keçiriləcək görüşündə iştirak etməkdən imtina edib.
Bu barədə ölkənin Neft və Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, OPEK Vyanada oktyabrın 29-da keçiriləcək görüşə təşkilata üzv olmayan 12 ölkəni dəvət edib. Bu barədə Venesuelanın neft sənayesi naziri Euloxio del Pino bildirib.
“Biz Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, Boliviya, Norveç və Kanadanı dəvət etmişik”, - deyə del Pino bildirib. Neft hasilatının həcminin məhdudlaşdırılması ilə bağlı yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında veriləcəyi gözlənilir.
Tehsil-press.az