İmişlidə oğru dəstə yaxalanıb

İmişlidə oğru dəstə yaxalanıb İmişli rayonunda 3 nəfərdən ibarət oğru dəstə yaxalanıb.

İmişli polis şöbəsindən APA-ya verilən məlumata görə, bir müddətdir ki, müxtəlif vaxtlarda ticarət obyektlərindən və mənzillərdən oğurluq edən dəstə saxlanılıb. İmişli rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, 1990-cı il təvəllüdlü Mirzəyev Ceyhun Ağasəf oğlu, 1977-ci il təvəllüdlü Həsənov Rail Əliheydər oğlu və 1982-ci il təvəllüdlü Cəfərov Elşən Vaqif oğlu saxlanılaraq istintaqa cəlb olunub.
Oğru dəstə tərəfindən yalnız İmişli rayonunda 6 oğurluq faktı və həmçinin ətraf rayonlarda da bir neçə oğurluq faktı törətdikləri məlum olub. Adı çəkilən şəxslər evlərdən və mağazalardan 8 min manatdan çox nağd pul, çoxlu sayda qızıl-zinət əşyaları, məişət əşyaları, mağazalardan ərzaq, siqaret, spirtli içkilər, mobil telefon konturları və sair əşyalar oğurlayıblar. Cinayətkar dəstənin vətəndaşlara vurduğu maddi ziyanın miqdarı istintaq tərəfindən dəqiqləşdirilir.
Faktla bağlı İmişli polis şöbəsində cinayət işi açılıb, dəstənin digər oğurluq faktlarında iştirakının olub-olmaması araşdırılır.

tehsil-press.az


Oxşar xəbərlər