Nazir poçt şöbələrinin bağlanmasının səbəbini açıqladı

Nazir poçt şöbələrinin bağlanmasının səbəbini açıqladı Milli Məclisin komitələrində deputatlar tərəfindən əsas qaldırılan və narahat edən məsələlərdən biri də yerlərdə poçt şöbələrinin bağlanması olub.

Məsələyə aydınlıq gətirən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, poçt şöbələrinin bağlanmasının əsas səbəbi Dünya Bankının verdiyi krediti dayandırmasıdır: “Bu poçt şöbələri Dünya Bankının ayırdığı kredit hesabına Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyi tərəfindən tikilərək istifadəyə verilib. Lakin həmin poçtlar özünümaliyyələşdirməni həyata keçirə bilmədiyindən poçtlar bağlandı. Amma bu məsələyə yenidən baxmaq olar. Bu məsələ nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə müzakirə etmək lazımdır. Burada əsas məsələ vətəndaşların kommunla köçürmələri ilə bağlı olan məsələdir”, - nazir qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər