Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir (ÖZƏL)

Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir (ÖZƏL) Azərbaycan və İran birgə peyk istehsalı və buraxılması üçün danışıqlar aparırlar.
Bunu Tehsil-press.az-n Tehrandakı müxbirinə özəl açıqlamasında Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.
Nazirin sözlərinə görə, "Azerkosmos" bu məsələ ilə bağlı İranın müvafiq təşkilatları ilə birbaşa əlaqədədir.
R.Quluzadə daha sonra qeyd edib: "Hazırda iki ölkə bu məsələ ilə bağlı danışıqlar aparır. Mən düşünürəm ki, yaxın zamanlarda razılıq əldə olunacaq".
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən Azərbaycan nümayəndə heyəti Tehranda 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp – 2019”) sərgisində iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər