Üç ölkənin nazirləri danışdı: Tarixi ərazimiz hədəfdə – Gizli razılıq

Üç ölkənin nazirləri danışdı: Tarixi ərazimiz hədəfdə – Gizli razılıq İranın Ermənistandakı səfiri Mehdi Sübhanidən sonra Fransa səfiri Olivye Dekotini də Azərbaycanı hədəfə alan çıxışları ilə diqqət çəkir.

Səfir Ermənistan mətbuatında yayımlanan müsahibələrində tez-tez Bakıya qarşı sərt və əsassız ittihamlar səsləndirir. Ötən gün isə Dekotini İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb. Səfirin bununla Ermənistan ərazisinin Qərbi Azərbaycan adlandırılmasına etiraz etdiyi bildirilib.

Rəsmi Bakının Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransa hazırlaşdığı günlərdə bu cür paylaşım təsadüfdür?

Globalinfo.az-a danışan politoloq Fərhad Mehdiyev deyib ki, Fransa ilə İran arasında Ermənistana dəstək verilməsinə dair bir uzlaşmanın olduğu görünür:

“Bu da son dövrlər İran, Ermənistan və Fransanın xarici işlər nazirlərinin çox sıx təmasları ilə bağlıdır. Üç ölkənin nazirləri eyni gündə bir-biriləri ilə fikir mübadiləsi aparıblar. O baxımdan səfirlərin də bənzər bəyanatlarla çıxış etməsi təsadüfi deyil.

Reallıq ondan ibarətdir ki, Ermənistan Rusiyanın təsirindən çıxmaq istəyir. Bunu isə tək bacara bilməyəcəyini yaxşı anlayır. Belə başa düşürəm ki, İran və Fransa İrəvanın niyyətini bilir və Rusiyanın təsirini azaltmaq üçün ona dəstək verir. Lakin sözügedən dəstəyin bir qarşılığı olacaq. Bu isə Ermənistan maraqlarına uyğun deyil”.

“Fransa və İranın siyasəti Azərbaycan-Ermənistan münasibətlərində gərginliyi artırır. Lakin İrəvana sülh gərəkdir. Yəni vəziyyətin belə davam etməsi Ermənistana müsbət heç nə vəd etmir. Bu ölkə Rusiyadan xilas olmaq istəyərkən Fransa və İranın təsirinə düşə bilər”, – politoloq bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər