Şərtlər razılaşdırıldı: 8 kəndin aqibəti belə olacaq

Şərtlər razılaşdırıldı: 8 kəndin aqibəti belə olacaq Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2022-ci il Praqa görüşündə hərtərəfli razılaşdığını açıqlayıb. Bu barədə Ermənistan mətbuatı ölkənin baş nazirinin Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə verdiyi açıqlamaya istinadən yazıb. Paşinyan konkret hansı məsələlərlə bağlı razılaşmaların əldə olduğunu isə bildirməyib.

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev açıqlamasında bildirib ki, iki ölkə arasında razılaşma BMT nizamnaməsinin 5 başlıca prinsipi ilə bağlıdır:

“Azərbaycan Ermənistana BMT nizamnaməsinin birinci 10 prinsipindən 5-ni təklif etmişdi. Bunlar bir-birinin daxili işinə qarışmamaq, ərazi bütövlüyünü tanımaq, suverenliyini qəbul etmək, tərəflərin xarici siyasətinə mane olmamaqdan ibarətdir. Ermənistan tərəfi də bu prinsipləri qəbul edib. Burada işğal məsələsi də var. Belə bir şəraitdə Ermənistanın qəbul etmək istəmədiyi yeganə nüans sərhədlərin delimitasiyası ilə bağlıdır. Yəni bu məsələdə hansı illərin xəritəsi əsas götürülməlidir. Hələki iki ölkə arasında bununla bağlı müzakirələr gedir. Ermənistan çalışır ki, 4 kənd qaytarılsın. Çünki Almatı deklorasiyasında Ermənistanın ərazisi bu şəkildə qeyd olunub. Ermənistanın işğalında olan 8 anklav kəndin 4-ü ümumiyyətlə həmin deklorasiyanın şərtlərinə daxil deyil”.

Politoloq Paşinyanın hazırda çıxılmaz vəziyyətdə olduğunu qeyd edib:

“Ermənistan BMT-yə üzv olduğu 29.8 min kvadrat kilometr ərazini qəbul etmək istəyir. Lakin Azərbaycan bununla razılaşmır. Çünki belə olduqda Azərbaycan könüllü olaraq Qazaxın 3 kəndindən və Kərkidən imtina etmiş olur. Bu Azərbaycan tərəfi üçün qəbul olunan şərt deyil. Ermənilər 4 kəndi verməklə tələb edirlər ki, Azərbaycan Ordusu hazırki mövqeyindən geri çəkilsin və yüksəkliklər yenidən onlara verilsin. Bu məsələdə hər hansı bir razılıq yoxdur. Paşinyan 2 il sonra bunu dilə gətirirsə, artıq bu Ermənistanın çıxılmaz vəziyyətdə qaldığını göstərir. Məlum olduğu kimi, aprelin 5-də Fon Der Leyen, Şarl Mişel və Nikol Paşinyan üçlüyünün görüşü baş tutacaq. Ermənistanın taleyi bu görüşün nəticəsinindən asılıdır. Görünən odur ki, Ermənistan Gürcüstan və Ukraynanın aqibətini yaşayacaq. Çünki Rusiyanın imperiya maraqları buna imkan verməyəcək. Paşinyan bir növ var-gəl eləyir və buna siyasətdə “çıxışı olmayan dalan” deyilir. Paşinyanın nə siyasi ağılı, nə də siyasi iradəsi var. Ancaq Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, beynəlxalq hüquq çərçivəsində sülh müqaviləsini bağlamağa hazırdır”.

Tehsil-press.az

Oxşar xəbərlər