Paşinyan xahiş etdi: Putini həbs etməmək üçün...

Paşinyan xahiş etdi: Putini həbs etməmək üçün... Xəbər verdiyimiz kimi, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Aİİ sammitinin quruma hazırda sədrlik edən rəsmi İrəvanın xahişi ilə 25 dekabrda Sankt-Peterburqda keçiriləcəyini elan etdi. Bunun ardınca isə Ermənistan XİN Uşakovu təkzib edərək, Ermənistanın belə bir xahişdə bulunmadığını, Aİİ-nin mövcud qaydalarına görə, sədrlik edən üzv dövlətin ərazisində Aİİ iclasının keçirilməsinin məcburi olmadığını, 8 may 2024-cü il tarixində Moskva şəhərində keçirilmiş Aİİ iclası zamanı üzv ölkələrin rəhbərləri tərəfindən cari ilin dekabr ayında növbəti iclasın Sankt-Peterburqda keçirilməsinin qərara alındığını bildirib.

“Hraparak” nəşri bununla bağlı əldə etdiyi məlumatı paylaşıb.

Nəşr yazıb ki, Aİİ sessiyasının Sankt-Peterburqda keçirilməsini şəxsən Baş nazir Nikol Paşinyan xahiş edib. Səbəb isə odur ki, Ermənistan BCM-in Roma Statutuna qoşulub və buna görə də 17 mart 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putin haqda çıxardığı həbs qərarını icra etməlidir. Başqa sözlə, Aİİ sammiti İrəvanda keçiriləcəyi halda Putin Ermənistana səfər etməliydi. Bu zaman Putini həbs etməyə cəsarət etməyən rəsmi İrəvan ratifikasiya etdiyi Roma Statusunun tələblərini pozmuş olacaqdı. Bu mənzərədən qaçmaq üçün Paşinyan sammitin Peterburqda keçirilməsini xahiş edib.

Tehsil-press.az

Oxşar xəbərlər