Əliyevin Putin və Sarkisyanla görüşünün vaxtı açıqlandı

Əliyevin Putin və Sarkisyanla görüşünün vaxtı açıqlandı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərdə tutulan sammiti iyunun sonlarında Sankt-Peterburqda keçiriləcək.

Tehsil-press.az-ın rus KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər Nazirliyindən olan mənbə bildirib.
“Rusiya başçısı Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan lideri Serj Sarkisyanın görüşü iyunun sonlarında Sankt- Peterburqda olacaq”, - deyə mənbə söyləyib.


Tehsil-press.az

Oxşar xəbərlər