Ermənistan XİN: "Sankt-Peterburqda Qarabağla bağlı keçirilən görüş uğurlu olub"

Ermənistan XİN: Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

«RİA Novosti» xəbər verir ki, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.
"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.
O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".


Tehsil-press.az

Oxşar xəbərlər