Ərəbistanın terrora dəstəyi etiraf edildi!

Ərəbistanın terrora dəstəyi etiraf edildi! Tehsil-press.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə sabiq Jaysh al-Islam başçısı Zahran Allouch ilə Faylaq al-Rahman və Liwaa al-Umma komandirlərinin gizli görüşü əks olunan videomaterial yayılıb. Gizli kamera ilə çəkilmiş videoda Zahran Allouchun öz hamilərindən aldığı 12 milyon dollar üzərində mübahisə gedir. (https://www.youtube.com/watch?v=02Hl54Zo5hw)
Pula iddialı tərəfə cavabında Jaysh al-Islam başçısı deyir: Dəməşqin şərq hissəsinə mən komandanlıq edirəm və pulların necə xərcələnəciyini özüm təyin edirəm. Mənim hamilərim 5 ildir Jaysh al-Islama yardım edir.
Zahran Allouch bu mübahisədən bir qədər öncə elan etmişdi ki, onların silahının 90 faizi Suriya ordusundan götürülmüş qənimətdir. Qalan 10 faiz silahın qara bazardan alındığını iddia etmişdi. Bundan öncə Qətərin sabiq xarici işlər naziri Hamad bin Jassim Al Thani Suriyada inqilab yox, siyasi oyun getdiyini etiraf etmiş, Amerikanın Qətər və Ərəbistana Suriyada yaşıl işıq yandırdığını demişdi.


Tehsil-press.az

Oxşar xəbərlər