Misirlilər qəzəbləndi: Torpaq satılmaz!

Misirlilər qəzəbləndi: Torpaq satılmaz! Tehsil-press.az xarici mətbuata istinadən xəbər verir ki, Tiran adasında Amerika-İsrail müştərək manevri Misir xalqını qəzəbləndirib. Tel-Əviv və Riyaz Qırmızı dənizdə Misirə məxsus Tiran adasını həmkarlıq qərərgahı kimi seçib. Sosial şəbəkələri bürümüş etiraz dalğası Tiran və Sənafir adalarının Ərəbistana verilməsinə qarşı yönəlib. Misir xalqını qəzəbləndirən Ərəbistanın bu adanı Misirdən alıb İsrailin ixtiyarına verməsidir. Sisi dövləti ötən həftə elan edib ki, Tiran və Sənafir adalarının da daxil olduğu su ərazisi Ərəbistan ərazisi kimi tanınır. İsrail mətbuatı yazır ki, iki adanın Ərəbistana verilməsi böyük bir prosesin başlanğıcı, aysberqin görünən kiçik hissəsidir. İki ada birlikdə 113 kv km ərazini əhatə edir. Adalar böyük strateji əhəmiyyətə malikdir.

tehsil-press.az

Oxşar xəbərlər