Xətai rayonunda yerləşən mərasim evlərindən birinin sahibi tərəfindən yolun bir hissəsinin qanunsuz zəbt edilməsi ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Şikayət ünvanlayan sakinlər bildiriblər ki, sahibkarın bu əməli nəticəsində avtomobillərini park etmək üçün ciddi çətinliklərlə üzləşirlər.
"Kamran Əsgərli və Sədi Musayev küçələrinin kəsişməsindəki mərasim evinin sahibi yolun kənarına yararsız təkərlər düzərək ərazini zəbt edib və heç kimə avtomobilini saxlamağa icazə vermir. Dəfələrlə aidiyyəti qurumlara şikayət edilsə də, uzun müddətdir ki, heç bir nəticə yoxdur", - şikayətdə qeyd olunub./Oxu.Az/
Tehsil-press.az