Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı həmin ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.
Şikayət nazirliyin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli 32 ədəd eldar şamı və sərv ağaclarının qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.
Eyni zamanda, ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Təhsil-press.az