Kəlbəcərli iş adamı Məhərrəm Ömrümovun direktoru olduğu "Perlit" Məhdud Məhsuliyyətli Cəmiyyətində (MMC) bədbəxt hadisə baş verib.
Məhərrəm Ömrümov rəhbərlik etdiyi şirkətə usta kimi işə götürdüyü Namiq adlı şəxs tikinti işləri apardığı 4 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılaraq, kəllə-beyin travması və belindən ciddi xəsarətlər alıb.
Məlum olub ki, "Perlit" MMC Nərimanov rayonu, Məmməd Araz küçəsi 68 ünvanında Azərbaycan Beynəlxalq Maarif Məktəbinin korpusunun tikintisini həyata keçirib. Tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması zamanı sözügedən bədbəxt hadisə baş verib.
Hadisəyə görə, "Perlit" MMC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə Yusif adlı mütəxəssisinə Cinayət Məcəlləsinin 222.2-ci maddəsi cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə zərərçəkmiş şəxs "Perlit" MMC-də işə başladığı zaman hər hansı xüsusi geyim və ya təhlükəsizlik vasitəsi ilə təmin olunmadığını bildirib. Onu bununla bağlı hər hansı şəxs təlimatlandırmayıb. Ümumi təlimat jurnalı olmaqla tikinti ərazisində tabel qoyulub və oraya imza atıblar. MMC-də onun işi usta olaraq tikilinin aqlay işlərini görməkdən ibarət olub. Təxminən 4-5 metr hündürlükdə taxta konstruksiyanın üzərində iş aparıb. Taxta ayağının altında qırıldığından hadisə baş verib.
Məhkəmənin qərarı ilə "Perlit" MMC-nin təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edilib.
Tehsil-press.az