Hökümə ll Fəxri xiyabanda dəfn olunacaq

Hökümə ll Fəxri xiyabanda dəfn olunacaq "Qızımın nəşi hələ Azərbaycana gətirilməyib. Bu gün ya axşam, ya da sabah səhər saatlarında gətiriləcək".

Bu sözləri açıqlamasında AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olmuş ekipaj üzvü Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

"Qızım Prezident İlham Əliyevin göstərişi ilə ll Fəxri xiyabanda dəfn ediləcək. Bu haqda bizə Nazirlər Kabinetindən məlumat verildi", - deyə bildirib.

***

Qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökümə Əliyevanın dəfn olunacağı yer bəlli olub.

Kəlbəcər rayonundan məcburi köçkün düşən şəxslərin dəfn edildiyi Göygöl rayonunun Molla Cəlilli kəndində torpağa tapşırılması gözlənilir.

Hazırda Hökümənin atası Cəlil Əliyev Bakı şəhərindədir. Xəbəri eşidən hər kəs mərhumun ata evinə gəlir. Ailəyə baş sağlığı, az da olsa, təsəlli verməyə çalışır.

Tehsil-press.az


Oxşar xəbərlər