Martın 11-də BƏƏ-dən İstanbula gedərkən İranda qəzaya düşən təyyarədə həlak olanlar bu gün dəfn edilib.
“Başaran Holding”in rəhbərinin qızı Mina Başaran, pilot Melike Kuvvet, stüardessa Eda Uslu, Mina Başaranın rəfiqələri Liana Kalma Hananel, Jasmin Baruh Siloni, Ayşə And, Aslı İzmirli, Sinem Akay və Burcu Gündoğar Urfalı üçün dəfn mərasimi təşkil olunub.
M.Başaranın güllərlə örtülmüş tabutu bir müddət məscid ərazisində saxlanıldıqdan sonra dəfn edilməsi üçün məzarlığa aparılıb.
Qeyd edək ki, qəzada üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vida” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.
M.Başaran aprelin 14-də Murad Gəzərlə ailə qurmağa hazırlaşırdı. Burcu Gündoğar Urfalı hamilə olub, daha üç rəfiqə isə bu yay ailə quracaqdı.
Tehsil-press.az