Hüseyn Ariflə Həmid Abbasın büstlərinin açılış mərasimi keçirilib

Hüseyn Ariflə Həmid Abbasın büstlərinin açılış mərasimi keçirilib Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairi Hüseyn Arif və Əməkdar İncəsənət xadimi Həmid Abbasın büstlərinin təmir-bərpası və ətrafda həyata keçirilən abadlıq-quruculuq işlərindən sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət, o cümlədən mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Büstlər önünə gül dəstələri düzülüb, şairlərin xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər - RİH başçısı Seymur Orucov, rayonun mədəniyyət nümayəndələri, Oruc Mansurov və Gülgün Kərimov, ağstafalı şairlər, Saqif Qaratorpaq və Rüfət Axundov hər iki qələm sahibinin həyat və yaradıcılığından, eləcə də onların ölkə incəsənətinə və ədəbiyyatına verdikləri dəyərli töhvələrdən söz açıblar.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərilən xüsusi dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə olunub. Məktəblilərin təqdimatında Hüseyn Arif və Həmid Abbas yaradıcılığına həsr olunmuş bədii kompozisiya rəğbətlə qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər