Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində həlak olan ekipaj üzvləri və vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bayram tədbirində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb. Bildirilib ki, universitetin “Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə Dövlət Proqramı”nda yer alması onun strateji əhəmiyyətini təsdiqləyir. Rektor qeyd edib ki, 5 ixtisas üzrə ingilis dilində tədris, tibb ixtisasında SABAH qruplarının açılması, IELTS və SAT imtahan mərkəzlərinin yaradılması, beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlıq, Texnopark Mərkəzinin təməli qoyulması, eləcə də elmi və beynəlxalq konfransların təşkili, Erasmus+ proqramı çərçivəsində tələbələrin qazandığı nailiyyətlər universitetin beynəlxalq mövqeyini möhkəmləndirib. Gələcək hədəflərdən danışan rektor təhsilin keyfiyyətinin artırılması, texnologiyaların tətbiqi və beynəlxalq əlaqələrin genişləndirilməsinin əsas prioritetlər olduğunu vurğulayıb. Elbrus İsayev, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin əməkdaşlarını təbrik edərək, onlara maaşlarının 100%-i məbləğində mükafat ayrıldığını bildirib və qarşıdan gələn 2025-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini ifadə edib.
Naxçıvan Dövlət Universitetinin ilk məzunlarından biri, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli çıxışında ali təhsil müəssisəsinin uğurlarından qürur duyduğunu ifadə edib. O, bildirib ki, NDU-nun regionda elmin və təhsilin inkişafında rolu əvəzsizdir və əldə olunan nailiyyətlər gələcək nəsillər üçün daha güclü təhsil imkanlarının yaradılmasına töhfə verir. Professor, həmçinin Yeni ilin universitetin inkişafına yeni uğurlar qazandıracağına inamını ifadə edib. Hacıfəxrəddin Səfərli çıxışından sonra Naxçıvan Dövlət Universitetinin kollektivi adından 2024-cü ildə qazanılmış uğurlara, elmin, təhsilin və mədəni mühitin inkişafına verdiyi töhfələrə görə rektor Elbrus İsayevə plaket təqdim edib.
Tədbirdə universitetin fakültə dekanları çıxış edərək, uğurların əldə edilməsində birgə fəaliyyətin və qarşılıqlı dəstəyin vacib rol oynadığını qeyd edib və 2025-ci ilin universitet üçün yeni uğurlar və perspektivlər gətirəcəyinə inandıqlarını bildiriblər.
Naxçıvan Dövlət Universitetinin nəzdində olan Naxçıvan Texniki Kolleci, Tibb Kolleci və Musiqi Kollecinin direktorları universitetin və kolleclərinin 2024-cü ildəki fəaliyyətini, təhsil sahəsindəki uğurlarını və gələcək hədəflərini vurğulayıblar. Həmçinin, NDU-nun nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziyanın və Kembric Beynəlxalq Məktəbinin direktorları da çıxışlarında tədris metodlarının tətbiqi və beynəlxalq standartlara uyğun təhsil imkanlarının artırılması sahəsindəki müsbət inkişafları qeyd ediblər.
Sonda rektor Elbrus İsayev, 2024-cü ildə universitetlə sənaye əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqını, “Badamlı Mineral Sular” MMC-ni, “Kapital Bank” ASC-nin Naxçıvan filialını, “APF Group” MMC-ni, “Paşa Həyat Sığorta” ASC-nin Naxçıvan nümayəndəliyini, Babək “Sirab” ASC-ni və “Ləzzət Qida Sənaye” MMC-ni təşəkkürnamələrlə təltif edib. Həmçinin, universitetin sosial-mədəni və ictimai işlərindəki səmərəli fəaliyyətlərinə görə müəllimlərə, ictimai fəallıq və idman sahəsində qazandıqları uğurlara görə tələbələrə, eləcə də NDU ENACTUS komandasına təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, tədbir boyu Naxçıvan Dövlət Universiteti televiziyasının hazırladığı universitetin nailiyyətlərini əks etdirən videoçarx izlənilib.
Tehsil-press.az