Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib Ali təhsil ocağının əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Naxçıvan Dövlət universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley konfransı keçirilib. Tədbirdən əvvəl əməkdar elm xadiminin elmi əsərlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə universitetin rektoru Elbrus İsayev Hacıfəxrəddin Səfərlinin Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, zəhmətkeş və məhsuldar alim kimi elm və təhsil sahəsində 50 ilə yaxın fəaliyyəti ilə seçildiyini vurğulayıb. Rektor qeyd edib ki, yubilyar həm elmi fəaliyyətində, həm də pedaqoji işlərində böyük uğurlar qazanaraq Azərbaycan tarixi ilə bağlı bir çox aktual məsələlərin həllinə dəyərli töhfələr verib.

Vurğulanıb ki, Hacıfəxrəddin Səfərli universitetin akademik inkişafına mühüm təsir göstərib, yüzlərlə tələbənin elmi-tədqiqatlarında yeni perspektivlər qazandırıb. Elbrus İsayev yubilyarı təbrik edib, ona universitetin fəxri fərmanını və “Vətən tarixinin salnaməçisi” kitabını təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, yubilyarın Azərbaycanın orta əsr tarix və mədəniyyətinin öyrənilməsində əvəzsiz rolu olduğunu vurğulayıb. O, professorun 75 illik yubileyi ilə bağlı AMEA-nın prezidenti İsa Həbibbəylinin sərəncamına əsasən yubilyara fəxri fərman təqdim edib.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Vəli Baxşəliyev çıxışında, Hacıfəxrəddin Səfərlinin Azərbaycan tarix elminə verdiyi töhfələri vurğulayıb. O, yubilyarın araşdırmalarının elmi ictimaiyyət üçün əhəmiyyətini qeyd edərək onun zəngin elmi irsinin gələcək nəsillər üçün dəyərli mənbə olduğunu bildirib.

Tədbirdə çıxış edənlər Naxçıvan Dövlət Universitetinin Əczaçılıq və biokimya kafedrasının professoru, akademik Tariyel Talıbov, Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Emin Şıxəliyev, Azərbaycan tarixi kafedrasının müdiri, professor Xəzər Hüseynov və Ümumi tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov yubilyarın Azərbaycan tarixinin tədqiqi və tədrisi sahəsində göstərdiyi xidmətlərdən bəhs edərək onun vətənpərvər və ziyalı şəxsiyyət kimi elmə dərin iz buraxdığını bildiriblər.

Sonda Naxçıvan Dövlət Televiziyasının hazırladığı, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin 75 illik yubileyinə həsr olunan videoçarx izlənilib.

Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib
Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib
Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib
Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib
Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin 75 illik yubiley konfransı keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər