Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor universitetin maddi-texniki bazası, ixtisasları barədə məlumat verib. Vurğulanıb ki, universitetin tələbə kontingenti muxtar respublikadan olmaqla bərabər 20 faizi Azərbaycanın müxtəlif bölgələrindən , digər 20 faiz isə əcnəbi tələbələr hesabınadır. Qeyd olunub ki, ali təhsil ocağında 23 ixtisas üzrə 1700 əcnəbi tələbə təhsil alır. Elbrus İsayev bildirib ki, ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə beynəlxalq əlaqələri mövcuddur. Rektor universitetin beynəlxalq əməkdaşlığında müəllim-tələbə mübadiləsinin üstün cəhətlərinə toxunub. Muxtar respublikada kadr potensialının ali təhsil ocağını bitirən məzunların hesabına təmin edildiyi vurğulanıb. Texnopark sahəsində ali təhsil ocağında görülən işlərdən danışan rektor innovativ sahədə qazanılan uğurları qeyd edib. Rektor universitetin elmi potensialı haqda məlumat verərək professor-müəllim heyətinin beynəlxalq təcrübəyə söykənən nüfuzlu elmi nəşrləri barədə danışıb. Ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində uğurla fəaliyyət göstərən IELTS mərkəzi barədə məlumatları diqqqətə çatdıran Elbrus İsayev yaxın zamanlarda SAT imtahan mərkəzinin yaradılacağını da qonaqların diqqətinə çatdırıb.
SOCAR prezidentinin müşaviri Aygün Hüseynova şirkətin qarşıya qoyduğu hədəfləri barədə çıxış edib. Qonaq SOCAR şirkətində Heydər Əliyev ili çərçivəsində təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində Naxçıvan Dövlət Universitetində də keçirilməsi nəzərdə tutulan görüşlər barədə danışıb. Aygün Hüseynova vurğulayıb ki, universitetdə Heydər Əliyev və onun neft strategiyası mövzusunda mühazirələr keçirilməsi nəzərdə tutulub. Görüşdə birgə həyata keçiriləcək tədbirlər barədə razılığa gəlinib, müzakirələr aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Tehsil-press.az