IELTS imtahanında uğurlu nəticə göstərənlərə beynəlxalq sertifikatların təqdim edilməsi münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, ölkənin təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan uğurla başa çatıb. Britaniya Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində IELTS mərkəzi muxtar respublikada populyarlaşıb və imtahanda iştirak edənlərin sayında artım dinamikası hiss olunur.
Müəllimlərin peşə bacarıqlarının artrılaraq günün tələbinə uyğunlaşdırılması həmçinin dil biliklərinin inkişaf etdirilməsi məqsədi daşıyan IELTS imtahanları universitet əməkdaşları üçün tam maliyə dəstəyi ilə həyata keçirilir. Bu da imkan verir ki, universitetdə ingilis dilli ixtisasların sayı daha da artsın. Rektor qeyd edib ki, muxtar respublikada ingilis dilli kadrların yetişdirilməsində NDU-nin Beynəlxalq Məktəbinin “Kembric” statusu alması gələcəkdə bu sahədə peşəkar kadrların artmasına hesablanmış ən mühüm addımdır. Elbrus İsayev imtahanda yüksək nəticələr əldə edənləri təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.
Cənubi Qafqaz ölkələri üzrə imtahanlar departamentinin müdiri Nərgiz Əkbərova dünyanın 3000-dən çox nüfuzlu universitetində tətbiq olunan IELTS imtahanlarının üstünlüklərindən bəhs edib. Bildirilib ki, Britaniya Şurası əməkdaşlıq çərçivəsində IELTS imtahanlarının uğurlu təşkil edilməsində universitetin işini təqdirəlayiq hesab edir.
IELTS mərkəzinin koordinatoru Bayram Əliyev qeyd edib ki, ingilisdilli təhsilin həyata keçirilməsində mərkəzin əhəmiyyətli rolu vardır. İmtahanların təşkil edilmə prosesindən bəhs edən Bayram Əliyev yaradılan şəraitə görə minnətdarlıq edib.
Sonra Britaniya Şurasının Azərbaycanda ilk dəfə Naxçıvan Dövlət Universitetdə açılan yeganə imtahan mərkəzi olduğunu təsdiq edən sertifikat təqdim edilib.
Daha sonra IELTS imtahanında yüksək nəticə göstərənlərə beynəlxalq sertifikatlar verilib.
Tehsil-press.az