Xəstəxanaya gələn qadınların uyğunsuz fotolarını çəkən həkim saxlanıldı

Xəstəxanaya gələn qadınların uyğunsuz fotolarını çəkən həkim saxlanıldı Ədirnədəki dövlət xəstəxanasının həkimi F.K. (62) cib telefonu ilə qadın xəstələrin uyğunsuz fotoşəkillərini çəkib.

Xəstəxananın təcili yardım otağına gələn qadının nalayiq fotolarını görən dostu polisə gedərək şikayət edib. Şikayət əsasında saxlanılan F.K.-nın mobil telefonuna baxış keçirilib. Araşdırma zamanı telefonda xəstəxanaya müalicə üçün gələn başqa qadınların da nalayiq fotoları aşkarlanıb.

Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən F.K. prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.

O Ədirnə Sağlamlıq Müdirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Faktla bağlı inzibati araşdırma başladılıb.

Tehsil-press.az

Oxşar xəbərlər