Bakı metrosunda dəhşət - Ər arvadını bıçaqladı

Bakı metrosunda dəhşət - Ər arvadını bıçaqladı Bakı metrosunun “Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Tehsil-press.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib:
“Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb”.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər