![Bakı Təhsil İdarəsinin müdir müavini vəzifədən AZAD EDİLDİ](https://files.modern.az/photo/orginal/2025/01/08/1736332623_1733752761_004-27.05.2021-1.jpg)
O, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı saytımıza açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.
O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.
Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.
O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirib ki, qurumun müdir müavini Əsgərov Hüseyn Abbas oğlunun pensiya yaşına çatması və ərizəsi nəzərə alınaraq dövlət qulluğuna xitam verilib.
![Bakı Təhsil İdarəsinin müdir müavini vəzifədən AZAD EDİLDİ Bakı Təhsil İdarəsinin müdir müavini vəzifədən AZAD EDİLDİ](/uploads/posts/2025-01/1736364211_09.jpg)
Tehsil-press.az