Bu il imtahan verənlərə sevindirici xəbər – YENİLİK BELƏ OLACAQ!

Bu il imtahan verənlərə sevindirici xəbər – YENİLİK BELƏ OLACAQ! 2025-ci ildə Azərbaycanda buraxılış və qəbul imtahanlarında bəzi yeniliklər tətbiq ediləcəyi ilə bağlı iddialar ortaya çıxıb.

Bəs bu iddialar həqiqəti əks etdirirmi? Abituriyentlər üçün bu yenilik nələri dəyişdirə bilər?

Təhsil eksperti Cahid İmanlı bu barədə Yenisabah.az-a açıqlama verib:

“2025-ci ildə Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanları modeli əsasən, dəyişməz qalıb. İstisna kimi yalnız 9-cu sinif buraxılış imtahanında xarici dil fənnindən yeni test modeli tətbiq ediləcək. Yenilik odur ki, xarici dildə dinləmə ilə yanaşı şəkilə uyğun da test nümunəsi salınacaq və şagirdlərin bu şəkilə görə müəyyən mətn qurma bacarığı yoxlanılacaq. Tətbiq edilən yenilik müsbət qarşılanmalıdır. Çünkü şagirdlərin vizual xarici dil bacarıqları yoxlanılarkən dünya praktikasında ən çox yayılmış yoxlama metodlarından biri də şəkil üzərində işdir”.

Ekspert dəyişikliklərin 2 il öncədən elan olunduğunu da diqqətə çatdırıb:

“Nəzərə çatdırım ki, DİM imtahanlarda hər hansı köklü dəyişiklik olarsa, onu 2 il əvvəldən elan edir. Bu yenilik də 2 il əvvəldən elan edilmişdi və bü müddət ərzində 8 və 9-cu siniflərə aid bu modelə uyğun test kitabçaları nəşr edilmişdi. Eləcə də OTK saytı üzərindən mütəmadi sınaqlar keçirilirdi. Yəni şagirdlərə bu model testləri çətinlik törətməyəcək. Əksinə, hazırda tətbiq edilən dinləmə testləri şagirdlərə müəyyən çətinlik törədir. Bunun ən əsas səbəblərindən biri imtahan zamanı texniki səbəblərə görə, dinləmə qurğularının keyfiyyətsiz olması, dinləmənin aydın eşidilməməsidir”.

C.İmanlı onu da bildirib ki, 2025-ci ildə 9-cu sinifdə ana dili və riyaziyyat fənlərində,eləcə də 11 illik üzrə həm buraxılış, həm də qəbul imtahanı modelində heç bir dəyişiklik yoxdur:

“İmtahanlar keçən ilin modelində olacaq. DİM hər il 9 və 11- vi siniflərə aid həm buraxılış imtahanı həm də qəbul imtahanları üzrə Abituriyent jurnalının xususi buraxılışlarını çap edir. Şagirdlər və müəllimlər jurnalı əldə edib test nümunələri və imtahan meyarları ilə tanış ola bilərlər”.

Tehsil-press.az

Oxşar xəbərlər