Amerikada işsizlərin sayı artıb

Amerikada işsizlərin sayı artıb Amerikada minlərlə işçi işini itirmək təhlükəsi ilə üz-üzədir, bir çox Amerikalı isə işsizlik sığortasının yardımlarından istifadə etmək fikrindədir.

Ötən həftə Amerikada işsizlik sığortasından istifadə ərizələrini dolduranları sayı ötən bir illə müqayisədə gözlənilməz dərəcədə artıb.
Amerika İş Nazirliyinin məlumatına görə, aprel ayının sonuna olan statistikaya görə işsizlik sığortasından istifadə etmək istəyənlərin sayı 17 min nəfər artıb və 274 min nəfərə çatıb. Bu ötən ilin fevral ayı ilə müqayisə ən yüksək göstəricidir.
Ötən ay Amerikalı işçilərin işdən çıxardılmasında da 35 faiz artım olub. İşdən çıxardılan işçilərin əksəriyyəti enerji sahəsində çalışanlardır ki, neftin qiymətinin aşağı düşməsi və gəlirin az olmasına görə şirkətlər işçiləri azaldır.
Məlumata görə, aprel ayında Amerikada şirkətlər 65 min 141 nəfəri işdən çıxardıblar. Bu rəqəm mart ayı ilə müqayisədə 35 faiz artım deməkdir.
Amerikada enerji sektorunda isə 19759 işçi aprel ayında işdən çıxardılıb ki, iki rəqəmi üst-üstə gələndə 2016-cı ilin əvvəlindən may ayınadək ümumilikdə Amerikada 72 min 660 nəfərin işdən çıxardıldığının şahidi oluruq.

Tehsil-press.az

Oxşar xəbərlər