1 ayda 109 121 maşın icbari sığorta olunub

1 ayda 109 121 maşın icbari sığorta olunub Bu ilin aprel ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 121 müqavilə qeydiyyata alınıb.

Tehsil-press.az-ın məlumatına görə, İSB-dən Azərtac-a bildiriblər ki, bunların 10 147-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. 2016-cı ilin aprel ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8,4 milyon manat təşkil edib. Ötən ilin aprel ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,7 faiz, sığorta haqlarının məbləğində isə 5,8 faiz artım müşahidə olunub.


Tehsil-press.az

Oxşar xəbərlər