Azərbaycanda general-mayor işdən çıxarıldı

Azərbaycanda general-mayor işdən çıxarıldı Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, general Novruz Novruzov işdən çıxarılıb.

Bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Əmrə əsasən, polis general-mayor Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Novruz Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər