
Belə ki, Tural Məhərrəmov xəstəxanaya yerləşdirilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxanadan verilən açıqlamaya görə, xəstənin huşu özündə olsa da, vəziyyəti ağırdır.
Xəstənin sözlərinə görə, sirkə turşusunu səhvən su ilə qarışdıraraq içib. O, mədəsi yuyularaq Reanimasiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, Sumqayıt sakini olan T.Məhərrəmov Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub.
Oxu.Az-ın məlumatına görə, onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Tehsil-press.az