Tovuzda 17 yaşlı qız əri ilə dalaşandan sonra intihara cəhd etdi

Tovuzda 17 yaşlı qız əri ilə dalaşandan sonra intihara cəhd etdi Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.

Rayonun Qovlar şəhərinin sakini, 17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yenicə ailə quran Ü.Mübarizqızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd edib.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər