
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan Respublikası isə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Alma-Ata bəyannaməsi iki ölkə arasında sərhədin delimitasiyası prinsipinin əsası kimi qeyd edildiyi üçün artıq hüquqi qüvvə qazanıb. Bu kontekstdə vurğulamağı zəruri hesab edirəm ki, ordumuz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda istifadə edilməyəcək. Deməli, Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur. Ermənistan ordusunda aparılan islahatların Azərbaycanla əlaqəsi yoxdur. Çünki yuxarıda izah etdiyim kimi, Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur. Üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb”, – Paşinyan vurğulayıb.
Tehsil-press.az