QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur

QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, "Heydər" Məscid Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli deyib.
S.Həsənli bildirib ki, dini kəbin kəsilərkən mütləq rəsmi nikah sənədi təqdim edilməlidir: "Azərbaycanda məscidlərin hamısında dini kəbin kəsilərkən rəsmi nikah sənədi tələb edilir. Bu barədə QMİ-nin rəsmi göstərişi olub. VVAQ-ın sənədi olmadan dini kəbin kəsdirmək mümkün deyil. Sovet dövründə də belə idi, müstəqillik dövründə də belədir". O əlavə edib ki, "Heydər" məscidində dini kəbin kəsilərkən qeydiyyat aparılır: "Burada nəinki dini kəbinlər, bütün müraciətlər qeydiyyatdan keçirilir".


Tehsil-press.az

Oxşar xəbərlər