Bakı pravoslavları Pasxa bayramını qeyd edir

Bakı pravoslavları Pasxa bayramını qeyd edir Bu gün bütün pravoslav xristianlar pasxa bayramını qeyd edir.

Tehsil-press.az bildirir ki, pravoslav xristianlar kilsəyə toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Bu dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak ediblər.
Qeyd edək ki, Pasxa İsa peyğəmbərin (ə) çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Azərbaycanda yaşayan pravoslavlar "Pasxa"nı dini təriqətlərinə uyğun qeyd edirlər.

tehsil-press.az

Oxşar xəbərlər